Haqqımızda

Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) Təşkilatımızın təməli 2006-ci ildə Müsavat lideri İsa Qəmbərin Almaniya səfəri zamanı qoyulsada, 2015-ci ildə Avropa ölkələrində mühacirətdə olan musavatcılarin Belçika Krallığının Brussel şəhərində Müsavat Basqanı Arif Hacılının rəhbərliyi ilə kecirilən ümumi toplantıda rəsmi təsis olunmasına qərar verildi . Təşkilatı təsis etmək üçün Avropa ölkələrində yaşayan müsavatcılar arasında əlaqələr qurulmuş, Almanıyada, Hollandıyada, Belcikada, İsvecdə, Fransada, Avstryada koordinatorluqlar yaradılmışdir. Müsavat AKM, ilk təsis konfransını 22 oktyabr 2016-cı il tarixində Almanıyanın Frankfurt şəhərində kecirmişdir. Konfransda, Müsavat AKM-in sədri, Məclis üzvləri ve AKM NTK-nin üzvləri gizli səsvermə ilə kecirilən seçkilər əsasında seçilmiş, Təşkilatın Əsasnamə və Nizamnaməsi qəbul olunmuşdur. Məqsədimiz, Avropada yasayan soydaslarımızın inteqrasiyasına destək olmaq, ölkəmizin gələcəyi naminə onların imkanlarından maksimum faydalanmaq ücün siyasi mənsubiyyətindən asili olmayaraq demokratik əsaslarla təşkilatlandırıb, koordinasiyali şekildə Azərbaycanı Avropada və dünyada tanıtdırmaq, İşğal olunmuş torpaqlarımızın azad olunması ücün yaşadığımız ölkələrdən və beynəlxalq teşkilatlardan dəstək almaq, ölkəmizin demokratikləşməsi , hüquqi dövlətə cevrilməsi və dövlətciliyimizin qorunaraq daha da güclənməsi üçün Xalqımıza dəstək olmaqdır!