Struktur

Musavat Akm -in sedri Ilham hesen 2 sedr muavini var.Musavat Akm -in koordinasiya Shurasi fealiyyet gosterir.9 korrdinatorlug var.Almaniyada 3 Isvecde 2
Nederland Belcika Franca ve Avstriyada 1 korrdinatorlug.Musavat Akm Almaniyada geydiyyetdan kecib
Musavat akm-in Ali organi meclisdir.!8 neferden ibaret Meclisi var.Musavat Akm Almaniya qanunlari ile tenzimlenir.
  1. Müsavat Avropa Koordinasiya Mərkəzinin quruluşu:

– AKM-in tərkibi ayrı-ayrı ölkələrdə və ya şəhərlərdə yaşayan Müsavat AKM üzvləri tərəfindən seçilmiş özəklərin (və ya şöbə) sədrlərindən, koordinatorlardan ibarətdir.

  1. Müsavat AKM-in özəkləri

 

– Müsavat AKM-in özəkləri  Avropada müvafiq ərazidə fəaliyyət göstərən və ən azı üc üzvü birləşdirən qurumdur;

– Müsavat AKM-in özəkləri müvafiq ərazidə yaşayan, işləyən və ya təhsil alan üzvlərdən ibarət olub, Müsavat AKM-in Məclisinin və ya Koordinasiya Mərkəzinin qərarı ilə yaradılır;

– Müsavat AKM-in özəyinin ali orqanı onun ümumi yığıncaqdır. Özəyin ümumi yığıncağı 3 aydan gec olmayaraq keçirilir. Növbədənkənar yığıncaq Müsavat AKM sedrinin,AKM-in özək şurasının, özək üzvlərinin 1/3-nin təşəbbüsü ilə 3 gün ərzində özək sədri tərəfindən çağırılır;

– özək sədri Müsavat AKM-in Məclisinin (Koordinasiya Mərkəzinin) üzvüdür;

– özəklər Müsavat AKM-in tərəfdarlarını siyahıya alır və onlarla mütamadi görüşlər təşkil edir;

– yeni üzvlərin qəbul edilməsi üçün səy göstərir;

– Təşkilat üzvlərinin Müsavat Nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərməsini təmin edir;

– üzvluk haqlarının ödənilməsini təşkil edir və bu barədə AKM sədrinə aylıq məlumat verir.

 

  1. Müsavat AKM-in mərkəzi orqanları

 

Konfrans (ümumi yığıncaq):

 

– Müsavat AKM-in ali orqanı onun ümumi yığıncağı və ya üzvlər tərəfindən seçilən nümayəndələrin konfransıdır;

– Növbəti konfrans 4 ildən bir Müsavat AKM-in Məclisi tərəfindən çağırılır;

– Konfransda nümayəndəlik norması və onun keçirilmə qaydası Müsavat AKM-in Məclisi tərəfindən müəyyən edilir;

– Müsavat AKM-in Əsasnaməsini qəbul edir, ona dəyişiklik və əlavələr edir;

– Müsavat AKM-in fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir;

– Musavat AKM-in sedrini secir;

– Müsavat AKM-in Məclisinin özək sədri olmayan üzvlərini seçir;

– Müsavat AKM-in konfransı Müsavat AKM-in NTK-a üzvlərini seçir;

– Müsavat AKM sədrinin və NTK-nın hesabatlarını dinləyir.

 

Məclis:

 

– Müsavat AKM-in Məclisi özək sədrlərindən, Müsavat AKM-in konfransı (ümumi yığıncağı) tərəfindən seçilmiş digər üzvlərindən ibarətdir;

– özəklərin yeni seçilən sədrlərinin Məclis üzvü səlahiyyətini təsdiq edir;

– Məclis AKM-in mətbuat orqanlarını və digər kütləvi informasiya vasitələrini təsis edə bilər;

– Məclis öz səlahiyyətlərinin müəyyən hissəsini Müsavat AKM-in sedrinə həvalə edə bilər.

  1. 4. Koordinasiya Mərkəzi:

– Məclislərarası dövrdə Müsavat AKM-in işinə rəhbərlik edir;

– Avropada yaşayan Müsavat üzvləri və müsavatçıların siyahılarını dəqiqləşdirir;

– təkliflər əsasında Avropada Koordinasiya Mərkəzinin ərazilər üzrə özəklərinin yaradılması üçün təkliflər hazırlayır;

– illik, rüblük fəaliyyət planını müəyyənləşdirib təsdiq edir;

– ayrı-ayrı ölkələrdə olan özəklərin fəaliyyətini stimullaşdırır və koordinasiya edir;

– özəklərin müvafiq ölkə və şəhərlərdə siyasi və sivil toplum quruluşları ilə əməkdaşlığın təmin edilməsi üçün fəaliyyət planını qəbul edib həyata keçirir;

– 3 aydan gec olmayaraq öncədən müəyənləşdirilmiş şəhərdə Koordinasiya Mərkəzinin toplantısını keçirir;

– AKM-in vahid blankı və vahid hesab nömrəsini yaradır;

– xaricdə yaşayan müsavatçıların fəaliyyəti, o cümlədən sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı tövsiyyələr verir;

– bütün Avropa ölkələri və şəhərlərində özəklərin qurulması üçün təşkilati tədbirlər həyata keçirir.

 

  1. Müsavat AKM-in sədri:

 

– Müsavat AKM-i təmsil edir, onun adından müqavilələr və sazişlər imzalayır;

– Koordinatorların və müavinlərin işinə rəhbərlik edir;

– Sədr Məclisin növbədənkənar iclaslarını çağırmaq hüququna malikdir;

– Sədr öz Məsləhət Şurasını yarada bilər;

– Sədr öz səlahiyyətlərinin müəyyən hissəsini müavinlərdən birinə həvalə edə bilər;

– AKM-in cari işlərinə rəhbərliyi və qərarların həyata keçirilməsinə nəzarəti sedrin başçılığı ilə müavinlər həyata keçirir. Müavinlərin hər biri AKM-nın fəaliyyətinin müəyyən sahəsinə rəhbərlik edir.

 

  1. Müsavat AKM-in NTK-sı

 

– şikayətlər əsasında seçkili orqanlarının və üzvlərinin fəaliyyətinin Əsasnaməyə və Müsavat Partiyasının Proqramına uyğun olmasına, Müsavat AKM-in intizamına əməl olunmasına nəzarət edir. Aşkar edilən pozuntular barədə qərarlar qəbul edir və ya müvafiq strukturlar qarşısında məsələ qaldırır;

– Müsavat AKM-in üzvlərindən və orqanlarından daxil olan ərizə və şikayətlərə 1 ay müddətində cavab verir;

– NTK-nın sədri onun toplantısında seçilir. NTK-nın sədri onu təmsil edir, iclaslarını idarə edir, NTK üzvlərinin fəaliyyətini  əlaqələndirir. Sədr öz səlahiyyətlərinin müəyyən hissəsini NTK üzvlərindən birinə verə bilər.