Bu gün Müsavat AKM(Avropa Koordinasiya Mərkəzi) Bayern koordinatorluğunun təşəbbüsü ilə, Almaniyanın Nurnberq şəhərinin mərkəzində Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin siyasi motivlərlə həbs olunmasına etiraz olaraq və ümumilikdə “Siyasi məhbuslara Azadlıq!” şüarı ilə mitinq keçirilib.
Almaniyanın şəhərlərindən, əyalətlərindən və Avropanın müxtəlif yerlərindən mitinqdə iştirak etmək üçün Müsavat AKM üzvləri Nurberq şəhərinə gəlib. Saat 12-də başlayan etiraz mitinqi aramsız yağışlar yağmasına baxmayaraq möhtəşəm keçirilib.
Mitiq iştirakçıları mitinq meydanına həbsxananı xatırladan simvolik dəmir barmaqlıqlar gətiriblər. Yüzə qədər şuarlar və siyasi məhbusların fotoları olan plakatlar qaldırılıb.
Mitinqdə “Azərbaycan jurnalistikasını dəfn etməyin!”, “Bütlər dağılmalı!”, siyasi məhbusların şəkilləri olan plakatlarda !Azadlıq!” sözləri yazılan şüarlar səsləndirilib.